|
|
Avtomobil Nömrə Tanıma Sistemi(ANTS) image-processing texnologiyasını istifadə edərək avtomobilləri nömrəsinə görə tanıyır.Bu sistemi birçox təhlükəsizlik və yol sistemlərinə tətbiq etmək olar. Aşağıdakı şəkildə ANTS ilə çalışan avtopark sisteminin giriş mexanizmi gösdərilmişdir.
Sistem Aşağıdakı Komponentlərdən Təşkil Olunur:
- Kamera - avtomobilin şəklini çəkmək məqsədi ilə
- İşıqlandırma -gecə və gündüz nömrənin oxunabilməsi üçündür.Çox halda sürücünün görmədiyi Infra-Red (IR) lə həyata keçirilir.
- Frame grabber - kamera ilə PC arasında interfeys lövhəsidir.Proqrama şəkil məlumatlarını oxuma imkanı verir.
- Komputer - Windows və ya Linux sistemli adi komputerdir.
- Proqram -Şəkili analiz etmək və nömrəni oxumaq üçün proqramdır..
- Aparatlar - xarici qurğularla əlaqə qurmaq üçün müxtəlif qurğular.
- Verilənlər bazası - Nömrə,sürücü və giriş-çıxış məlumatlarını saxlamaq məqsədi ilə
Aşağıdakı Yerlərdə Bu sistemi Tətbiq etmək Olar
| Dayanacaq Sistemləri - Avtomatlaşdırılmış dayanacaq sistemlərində istifadə üçün əlverişlidir.Qeydiyyatdan keçmiş avtomobil gəldikdə bariyer açılır və zaman hesablaması başladılır.Çıxışda isə o avtomobilin dayanma vaxtından aslı olaraq dayanacaq haqqı ödənilir.Abunə olan avtomobillərdə çıxış zamanı bariyer avtomatik açılır və hesabındakı puldan məbləğ çıxılır. |
|
Access Control - Giriş icazəsi olan avtomobil gəldikdə qapılar avtomatik açılır,əks halda avtomobil içəri daxil ola bilmir və bütün məlumatlar saxlanılır.İstənilən an bütün giriş-çıxış məlumatlarını incələmək olar
|
|
| Oğurlanmış Avtomobillər - oğurlanmış avtomobillərin siyahısı sistemə daxil edilir və yol kənarlarına yerləşdirilən kameralar vasitəsi ilə oğurluq avtomobil yoldan keçdikdə polisə avtomatik məlumat çatdırılır. |
|
Məcburiyyət -Yol hərəkət qaydalarının yoxlanılması və qaydanı pozan avtomobilin nomrəsinin saxlanılmasını təmin edir.
| |
Hava Limanı Dayanacaq Sistemi - Bilet problemlərini aradan qaldırmaq üçün bu sistem çox əlverişlidir.İçəri daxil olan avtomobilin giriş vaxtı qeyd edilir və çıxdığı zaman içəridə olduğu muddət hesablanır.Beləliklə biletlər üçün əlavə xərc,biletin itməsi vs kimi problemlər aradan qalxmış olur.
| |
|